PSJ-nin futbolçusu karyerasını Türkiyədə davam etdirəcək
Super Liqada ardıcıl üçüncü çempionluğunu hədəfləyən "Qalatasaray" yeni mövsümün hazırlıqlarını davam etdirir.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "Sarı-qırmızılılar" PSJ-nin sağ cinah müdafiəçisi Nordi Mukieleni heyətinə qatmaq istəyir.
İstanbul klubu 2022-ci ildən PSJ-də çıxış edən 26 yaşlı futbolçunu illik maaşının müəyyən hissəsini qarşılamaqla onu icarəyə götürməyi düşünür.
"Qalatasaray"ın yaxın günlərdə Mukiele üçün PSJ ilə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm Paris klubunun heyətində 20 oyunda 1 asistlə yadda qalıb.Transfermark portalında oyunçunun dəyəri 10 milyon avrodur.