PSJ-nin hücumçusu 3 aylığına sıradan çıxıb
Fransa Liqasının 1-ci turunda "Le Havr"la qarşılaşan PSJ ciddi itki ilə üzləşib.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşün 20-ci dəqiqəsində zədələnən Qonçalo Ramos 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Futbolçunun yaxın günlərdə əməliyyat keçirəcəyi bildirilib.
Ramos 2024-cü ilin qışında 35 milyon avro qarşılığında "Benfika"dan PSJ-yə keçib.Fransa klubu ilə 41 oyuna çıxan 23 yaşlı futbolçu 14 qol və 3 asistlə yadda qalıb.
Qeyd edək ki, futbolçu 2022-ci ildən Portuqaliya millisinin üzvüdür.