PSJ Qonçalo Ramosun zədəsi ilə bağlı açıqlama yayıb

PSJ-nin portuqaliyalı hücumçusu Qonçalo Ramosun əməliyyatı uğurla keçib. Xatırladaq ki, futbolçu Fransa liqasının 1-ci turunda Le Havrla oyunda zədələnərək meydanı tərk etmişdi.

Sportline.az xəbər verir ki, Paris klubunun mətbuat xidmətindən verilən açıqlamada "Bu gün Qonçalo Ramos Dohadakı klinikada sol topuğundan uğurlu əməliyyat keçirdi. Futbolçu bir neçə gün istirahət edəcək və Qətər mərkəzində reabilitasiyaya başlayacaq, sonra isə bərpasını PSJ-nin mərkəzində davam etdirəcək" deyə bildirilib.

23 yaşlı futbolçu 2023-cü ildə "Benfika"dan icarə əsasında PSJ-yə keçib. O, 2023-2024 mövsümündə parislilərin heyətində 29 oyunda 11 qol vurub. Daha sonra fransa klubu Ramosu birdəfəlik heyətinə qatıb.