PSJ və "Atletiko" yarımfinalda
Bu gün Çempionlar Liqasında ilk yarımfimalçıların adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində 2 matç keçirilib.
Belə ki, bu gün nəhənglərin duelləri gerçəkləşib. "Atletiko" 1 həftə əvvəl 2:0 hesabı ilə qalib gəldiyi "Barselona"nı qəbul edib və 1:2 hesabı ilə uduzub. İki oyunun cəmində Madrid təmsilçisi mərhələ adlayıb. Komanda yarımfinalda "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) duelinin üstün tərəfi ilə üz-üzə gələcək.
İngiltərədə isə "Liverpul" ötən həftə uduzduğu PSJ-ni sınağa çəkib. "Mersisaydlılar" bu dəfə də Paris klubuna məğlub olublar. Beləliklə, PSJ 1/2 finalda "Bavariya" (Almaniya) - "Real" (İspaniya) cütünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4-in digər iki cavab görüşü sabah baş tutacaq.
14 aprel
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 0:2
Qollar: Dembele, 72, 90+1
İlk oyun - 0:2
23:00. "Atletiko" (İspaniya) - "Barselona"(İspaniya) - 1:2
Qollar: Lukman, 31 - Yamal, 4, Torres, 24
Qırmızı vərəqə: Qarsiya, 79 ("Barselona")
İlk oyun - 2:0
15 aprel
23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
Yarımfinal
PSJ - "Bavariya" / "Real"
"Atletiko" - "Arsenal" / "Sportinq"