PSJ yeni müdafiəçi axtarışına çıxıb

"Paris Sen-Jermen" yay transfer pəncərəsi dövründə heyətinə yeni müdafiəçi transfer edəcək.

Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Valensiya"nın ispaniyalı futbolçusu Kristian Moskuera PSJ-nin transfer hədəfindədir.

20 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 30 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Paris klubu oyunçunun meneceri ilə danışıqlar aparır.