Pulişiç karyerasını yenidən “Dumanlı Albion”da davam etdirə bilər

“Milan”ın amerikalı futbolçusu Kristian Pulişiçin klubdan ayrılma ehtimalı olduğu bildirilir.

Sportline.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” klubunun rəhbərliyi Pulişiç üçün yanvar ayında “Milan”a 50 milyon avroluq rəsmi təklif göndərəcək.

Pulişiç “Liverpul”un təklifinə müsbət yanaşır.

26 yaşlı futbolçunun “Milan”la müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, Kristian Pulişiç karyerası ərzində “Borussiya Dortmund” və “Çelsi” kimi klubların şərəfini qoruyub.

Təcrübəli futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 7 qol və 4 asistlə yadda qalıb.