Püşk atıldı, "Qarabağ"la "Neftçi"nin rəqibləri bilindi

Bu gün Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün püşkatma mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, AFFA-nın inzibati binasında olacaq tədbir saat 15:00-da başlayıb. Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı oyunlar olacaq:

"Sabah" - "Sumqayıt"

"Turan Tovuz" - "Qəbələ"

"Kəpəz" - "Zirə"

"Şamaxı" - "Neftçi"

"Qarabağ" - "Səbail"

Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də start götürəcək. Ötən mövsümdən fərqli olaraq bu dəfə turnirdə 8 yox, 10 komanda mübarizə aparacaq. "Turan Tovuz" və "Kəpəz"ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə iştirak edəcək komandalar: "Qarabağ", "Neftçi", "Qəbələ", "Zirə", "Sumqayıt", "Sabah", "Səbail", "Şamaxı", "Kəpəz", "Turan Tovuz".

Banner