Pyaniç ÇSKA ilə rəsmi müqavilə imzalayıb

Moskva ÇSKA-sı yeni transferi Miralem Pyaniç ilə müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi ilə 1+1 illik razılıq əldə olunub.

Ötən mövsümü "Əl-Sarjah" klubunda keçirən Pyaniç meydana çıxdığı 34 oyunda 11 asistlə yadda qalıb.

Qeyd edək ki, 34 yaşlı futbolçu daha əvvəl "Barselona", "Yuventus" və "Beşiktaş" kimi klubların şərəfini qoruyub.