Basketbol Liqasının ikinci mərhələsinin qalibi müəyyənləşib
Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi müəyyənləşib.
Sportline.az Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətinə istinadən xəbər verir ki, ikinci mərhələnin oyunları Bakı İdman Sarayında keçirilib.
Finalda RİOEUGİM 2 komandası 19:13 hesabı ilə "AzStars"a qalib gəlib. Finalın ən dəyərli basketbolçusu (MVP) RİOEUGİM 2-dən Leyla Allahverdiyeva seçilib.
Qalib kollektivə mükafatları ABF-nin əməkdaşı və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.
Qeyd edək ki, liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.