"Qalatasaray" 18 milyon avroluq təklifi geri çevirib

"Qalatasaray" klubu "Atletiko Madrid"in 18 milyon avroluq təklifini geri çevirib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İspaniya klubu Nikolo Zaniolo üçün "sarı-qırmızılar"a 18 milyon avro təklif edib.

"Qalatasaray" rəsmiləri isə futbolçu üçün minimum 20 mlyon avro tələb ediblər.Bu səbəbdən futbolçunun keçidi gerçəkləşməyəcək.

Qeyd edək ki, "Atletiko Madrid" klbubu Nikolo Zaniolo üçün yeni təklif barədə düşünəcəyini deyib.