"Qalatasaray" 2 futbolçusu ilə bağlı yekun qərarı verib

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray"da Berkan Kutlu və Sergio Olivieranın gələcəyi bəlli olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Sarı-qırmızılılar" Berkan Kutlu ilə yola davam edəcəklər. Sergio Olivieranın isə komandadan göndərilməsinə qərar verilib.

Mənbənin sözlərinə görə, portuqaliyalı yarımmüdafiəçi üçün ölkəsinin bir neçə klubundan təkliflər var. Segio Oliviera Türkiyə klubunda ilinə 3.2 milyon avro qazanır.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2022-ci ildə "Porto"dan "Qalatasaray"a 3 milyon avro qarşılığında transfer olunub.