"Qalatasaray" "Atletik"ə elçi düşüb
"Atletik Bilbao"nun qanalı futbolçusu İnyaki Uilyams "Qalatasaray"ın transfer radarına düşüb.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Barış Alper Yılmaz klubdan ayrılsa, "Qalatasaray" İ.Uilyamsı transfer etməyə çalışacaq.
30 yaşlı sağ cinah vingerinin transfer qiyməti 20 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, İnyaki Uilyamsın İspaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 49 matçda 11 qol 9 asistlə yadda qalıb.
Xatırladaq ki, İnyaki Uilyams 2015-ci ildən "Atletik Bilbao"nun şərəfini qoruyur.