"Qalatasaray" bu göstəriciyə görə dünyada 25 klub arasına daxil olub
“Fənərbağça” ilə Super Kubok oyunundan qalib ayrılan “Qalatasaray” yeni bir uğura imza atıb.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, “Qalatasaray” klubu “Fənərbağça” ilə oyunda qazanılan qələbə ilə kubok sayını ümumillikdə 60-a yüksəldib və ən çox kubok qazanan 25-ci komanda ünvanına sahib olub.
Dünya futbolunda ən çox kubok qazanan 10 komandanın siyahısı isə belədir.
1.”Qlasqou Rengers” 122 kubok
2.”Əl-Əhli” (Misir) 121 kubok
3.”Seltik” 116 kubok
4.”Eastern SC’ (Honq Konq) 105 kubok
5.”Barselona” 104 kubok
6.”Linfild FC” 100 kubok
7.”Real Madrid’ 95 kubok
8.”Benfika” 82 kubok
9.”Bayern Münxen” 81 kubok
10.”Olimpiakos” 79 kubok.