"Qalatasaray": "Cəhənnəmə xoş gəlmisiniz"
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qalatasaray” - “Mançester Yunayted” matçı davam edir.
Sportline.az xəbər verir ki, meydan sahibinin azarkeşləri oyunu qonaqlar üçün "cəhənnəm" adlandırıblar.
"Sarı-qırmızılı" azarkeşlər tribunalarda “Cəhənnəmə xoş gəlmisiniz” yazılı xareoqrafiya ilə qonaqlara söz atıblar.
4 turdan sonra “Qalatasaray” 4 xalla A qrupunda 3-cü yerdədir.