"Qalatasaray" Dünya futbol tarixində 3-cü komanda ola bilər
"Qalatasaray" Super Liqanın sonuna 2 həftə qalmış yeni bir nailliyətə imza ata bilər.
Sportline.az xəbər verir ki, "Cim-bom" liqada son 2 oyunu da qazanacağı təqdirdə Dünya futbol tarixində ən çox xalla çempion olan 3-cü komanda olacaq.
Bu günə qədər ən çox xalla çempion olan komanda "Srvena Zvezda"dır. Onlar, Serbiya Liqasında 2020/2021 mövsümünü 108 xalla çempion başa vurublar.
İkinci ən çox xalla çempion olan ikinci klub isə "Seltik"dir. Şotlandiya təmsilçisi 2016/2017 mövsümünü 106 xalla tamamlayıb.
"Qalatasaray" isə "Fənərbağça" və "Konyaspor" ilə görüşlərdən qalib ayrılarsa xallarının sayını 105-ə çatdıracaq və "Srvena Zvezda" və "Seltik"dən sonra Dünya futbol tarixində ən çox xalla çempion olan 3-cü komanda olacaq.
Qeyd edək ki, "Qalatasaray" may 19-da İstanbul derbisində "Fənərbağça" ilə qarşılaşacaq.