"Qalatasaray" "Fulhem"in futbolçusu ilə maraqlanır
"Qalatasaray" "Fulhem"in futbolçusunun transferində maraqlıdır.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızılar" niderlandlı cinah müdafiəçisi Kenni Tete üçün İngiltərə klubuna təklif göndərəcəklər.
Uzun müddətdirki müdafiə xəttində problem yaşayan "Qalatasaray" klubu Kenni Teteni transfer etmək istəyir.
Qeyd edək ki,İstanbul nəhəngi Kenni Tete üçün 15 milyon avro ödəməli olacaq.