"Qalatasaray" müdafiəçi transferində sona yaxınlaşıb

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray" ilk transferini reallaşdırmaq üzrədir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu "Renn"də çıxış edən Quela Dueni heyətinə qatmağa yaxındır.

"Renn" klubu "Sarı-qırmızılılar"ın 4.5 milyon avroluq təklifini az görsə də, futbolçu özü bu transferə müsbət yanaşır.

Qalatasaray ikinci dəfə Fransa klubuna 5 milyon avro və sonrakı satışdan pay təklif edir.

Qeyd edək ki, ötən mövsüm Liqa 1-də 35 oyuna çıxan futbolçu 4 asistlə yadda qalıb.