"Qalatasaray" "Real Madrid"ə elçi düşüb

"Qalatasaray" yayda heyətinə yeni yarımmüdafiəçi transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəf Eduardo Kamavinqadır.

İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, İstanbul klubunun rəsmiləri Kamavinqanın meneceri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Kamavinqa "Real Madrid"dən ayrılmaq niyyətində deyil. Onun "los blankos"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Fransa millisinin üzvünün transfer qiyməti 50 milyon avrodur.