"Qalatasaray" sabiq futbolçusunu qaytarmaq istəyir

2022-2023 mövsümünün əvvəlində "Sevilya"nın 13 milyon avro qarşılığında "Qalatasaray"dan heyətinə qatdığı Markao ilə bağlı bir iddia ortaya atılıb. 

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, heyətdə köklü dəyişikliklər etməyi planlayan Sevilya 28 yaşlı müdafiəçini Yunanıstan və Türkiyə klublarına təklif edib.

Mənbənin sözləri görə, oyunçunun keçmiş klubu "Qalatasaray' bu transferə maraq göstərir.

Qeyd edək ki, braziliyalı müdafiəçi ötən mövsüm "Sevilya"nın heyətində 10 oyunda meydanda olub və 1 qol vurub.