"Qalatasaray" seneqallı futbolçu ilə maraqlanır

"Qalatasaray" "Marsel"lə müqaviləsi başa çatan seneqallı futbolçu Pape Gueyeni transfer siyahısına daxil edib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, klub rəhbərliyi oyunçunun meneceri ilə artıq rəsmi danışıqlara başlayıb.

25 yaşlı  yarımmüdafiəçi 2020-2021 mövsümündə "Le Harve"dən "Marsel"ə transfer olunub.İki mövsüm "Marsel"də çıxış etdikdən sonra futbolçu icarə əsasına "Sevilya"ya yollanıb. Gueye İspaniyada 16 oyunda 1 qol, 3 asistlə çıxış edib.

Ötən mövsümü isə Fransada keçirən Gueye "Marsel"in heyətində 15 oyunda 1 qol vurub.

Qeyd edək ki, təcrübəli futbolçu 17 dəfə Seneqal Milli komandasının formasını geyinib.