"Qalatasaray" Sneyderlə yolları ayırdı

"Qalatasaray" son günlər gedib-getməyəcəyi sual altında olan Uesli Sneyderlə bağlı yekun qərar verib. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, rəhbərlik futbolçunu komandadan göndərməklə bağlı qərar qəbul edib.

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Osterzund" kollektivinə məğlubiyyətdən (0:2) sonra bəzi məsələləri müzakirə edən klub rəhbərliyi U.Sneyderlə vidalaşıb. 

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm 33 oyunda 5 qol vurub, 17 məhsuldar ötürmə edib.