“Qalatasaray” – “Tottenhem”: Düşərgələrdəki son durum
Bu gün Avropa Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində “Qalatasaray” öz meydanına “Tottenhem”lə qarşılaşacaq.
Sportline.az xəbər verir ki, hər iki komanda matça itkilərlə çıxacaq. Heyətlərə nəzər saldığda meydan sahiblərində əsas itki İsmail Yakopsun adı ilə bağlıdır. Seneqallı futbolçu zədə səbəbindən matçda iştirak edə bilməyəcək. “Tottenhem” isə Kristian Romero, Miki Van de Ven, Rişarlison, Dyed Spens və Vilson Odobert komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, görüşü belçikalı hakim Lovrens Visser idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.