"Qalatasaray" ulduz futbolçunu heyətinə qatmağı planlaşdırır

"Liverpul"un kapitanı Vircil Van Dayk mövsümün sonunda komandasını tərk edə bilər.

Sportline.az xəbər verir ki, "Qalatasaray"ın rəhbərliyi niderlandlı stopperi heyətinə qatmaqda israrlıdır.

"Fanatik" nəşrinin yaydığı məlumata görə, 34 yaşlı oyunçu illik 11 milyon avro maaş tələb edir.

Qeyd edək ki, Van Dayk "Liverpul"a 2018-ci ilin yanvar ayında "Sounthempton"dan 85 milyon avro qarşılığında transfer olunmuşdu.

Təcrübəli oyunçu Mersisayd klubu ilə mümkün olan bütün titulları qazanıb.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 53 matçda 6 qol, 3 asistlə yadda qalıb.