"Qalatasaray" "Zenit"in futbolçusu ilə maraqlanır

"Qalatasaray" mərkəz yarımmüdafiəçisi Vendelin transferi üçün "Zenit"dən maliyyə şərtləri istəyib.

Sportline.az xəbər verir ki, bu barədə Sabah nəşrinin jurnalisti Mehmet Özcan məlumat yayıb.

Daha əvvəl Rusiya mətbuatında Sankt-Peterburq klubunun 26 yaşlı futbolçunu satmağa hazır olduğu barədə xəbərlər yayılmışdı.

Vendel 2020-ci ilin payızında "Sportinq"dən "Zenit"ə 20 milyon avro qarşılığında keçib. Brazliyalı futbolçu ötəm mövsüm klubu ilə çıxdığı 35 oyunda 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.Futbolçunun hazırki müqaviləsi 2027-ci ilə qədərdir.

Qeyd edək ki, Vendelin transfermarkt portalında dəyəri 20 milyon avrodur.