"Qalatasaray"da ayrılıq yaşana bilər
"Qalatasaray"ın futbolçusu Roland Şalayi yayda komandasını dəyişə bilər.
Sportline.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" və "Nottingem" sözügedən oyunçu ilə yaxından maraqlanır.
Sözügedən oyunçunun dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, R.Şalayi cari mövsüm meydana çıxdığı 45 matçda 1 qol, 6 asistlə yadda qalıb.