"Qalatasaray"dan "Latsio"ya

“Qalatasaray”ın uruqvaylı futbolçusu Lukas Toreyra İtaliyada çıxış edə bilər.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, “Latsio” klubu Lukar Toreyra üçün rəsmi təklif göndərməyə hazırlaşır.

“Qalatasaray” 27 yaşlı müdafiəçi üçün 13 milyon avro tələb edib.

İtaliya kulubunun bu məbləği ödəməyə hazır olduğu bildirilir.

 Qeyd edək ki, Toreyra son mövsümdə “Qalatasaray” forması ilə çıxdığı 31 oyunda 1 asist ilə yadda qalıb.