"Qalatasaray"dan "Sevilya"ya
"Qalatasaray"ın futbolçusu Markaonun "Sevilya"ya keçidi rəsmiləşib.
Sportline.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı müdafiəçi La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
"Sevilya"nın bu transferə görə İstanbul klubuna 12 milyon avro ödədiyi bildirilib.
Qeyd edək ki, Markao 2019-cu ildə Portuqaliya "Çaveş"indən "Qalatasaraya"a keçmişdi.