"Qalatasaray"dan şok transfer həmləsi

"Qalatasaray" əzəli rəqibi "Fənərbağça"nın sabiq futbolçusunun transferinə hazırlaşır.

Sportline.az xəbər verir ki, söhbət Fərdi Kadıoğludan gedir.

"Yeni Asır"da yayılan məlumata görə, istanbullular "Brayton"un sol cinah müdafiəçisi üçün hərəkətə keçiblər.

Baş məşqçi Okan Burukun rəhbərlikdən bu keçidin həll edilməsini istədiyi bildirilir.

Qeyd edək ki, "Qalatasaray" Kadıoğlunu hələlik icarə əsasında heyətə qatmaq niyyətindədir.