"Qalatasaray"ı "Betis"ə dəyişə bilər
"Qalatasaray"ın futbolçusu Yunus Akgün "Real Betis"in maraq dairəsinə düşüb.
Sportline.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, "Betis" Yunus üçün İstanbul klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
24 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 12 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Yunus Akgünün "Qalatasaray"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.