"Qalatasaray"ın ÇL-da mümkün rəqibləri

"Qalatasaray"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə çempionu Qalatasaray növbəti mövsüm Çempionlar Liqasına pley-off mərhələsindən başlayacaq.

"Sarı-qırmızı"lı komanda ilk Avropa matçına avqustun 20 və ya 21-də çıxacaq.

Türkiyə klubunun ÇL-da mümkün rəqibləri bu komandalardır:

"Şaxtyor" (Ukrayna), "Srvena Zvezda" (Serbiya), "Yanq Boyz" (İsveçrə), "Dinamoz" Zaqreb (Xorvatiya) , PAOK (Yunanıstan), "Makkabi" Tel Aviv (İsrail), "Bodo Glimt" (Norveç), "Ferençvaroş" (Macarıstan), Qarabağ (Azərbaycan), "Slovan Bratislava" (Slovakiya).

Qeyd edək ki, "Qalatasaray" pley-off turunu keçəcəyi təqdirdə Çempionlar Liqasının qruplarına qalacaq və 15.64 milyon avro gəlir əldə edəcək.