"Qalatasaray"ın "Enfild" sınağı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulur.

Sportline.az xəbər verir ki, "Qalatasaray" "Enfild Roud"da "Liverpul"la üz-üzə gələcək. İlk oyunda rəqibinə minimal hesabla qalib gələn "cimbom sərfəli nəticəni qorumağa çalışacaq. Lakin bu heçdə asan vəzifə sayılmır.

Heyətlərə nəzər saldıqda meydan sahiblərində Konor Bredli, Ciovanni Leoni, Stefan Bayçetiç, Vataru Endo və Aleksander İsak zədədən əziyyət çəkir.

İstanbul klubu görüşə optimal heyətlə çıxacağı gözlənilir.

Qeyd edək ki, "Liverpul" - "Qalatasaray" matçı bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq. Qarşılaşmada söz sahibi polşalı hakim Şimon Marçinyak olacaq.