"Qalatasaray"ın gözü argentinalı futbolçunun üzərindədir
"Qalatasaray" bu yay heyətinə yeni yarımmüdafiəçi transfer etməyi planlaşdırır.
Sportline.az "Tutto Mercato Web" saytına istinadən xəbər verir ki, "Atletiko Madrid"in argentinalı futbolçusu Rodriqo De Poul "Qalatasaray"ın transfer siyahısında yer alıb.
31 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avrodur. O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 53 matçda 3 qol 10 asistlə yadda qalıb.
Qeyd edək ki, De Poulun "Atletiko" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.