Hakan Çalhanoğlu ilə Lautaro Martines münasibətləri aydınlaşdıracaq

"İnter"dən ayrılması gündəmdə olan Hakan Çalhanoğlu bir sıra klubların transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, belə klublardan biri də "Qalatasaray"dır.

Təcrübəli futbolçunun özü də karyerasını Türkiyədə davam etdirmək istəyini dilə gətirib.

Hakanın "İnter"dən ayrılma istəyini kapitan Lautaro Martineslə münasibətlərinin soyuması daha da gücləndirib.

İtaliya mətbuatında yayılan son xəbərlərə görə, futbolçular yaxın günlərdə görüşüb, münasibətlərə aydınlıq gətiricəklər.

Xatırladaq ki, Martines klublararası dünya çempionatında "Fluminense"yə 0-2 hesablı məğlubiyyətdən sonra komanda yoldaşları barədə sərt tənqidi fikirlər səsləndirmişdi.

Bundan özünə də pay götürən Hakanla kapitanın münasibətləri də bu səbəbdən soyuyub.