“Qalatasaray”ın Son həmləsi

“Tottenhem” klubunun cənubi koreyalı futbolçusu Hın Mın Sonun mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” klubu mövsümün sonunda azad agent kimi Hın Mın Sonu transfer edəcək.

İstanbul klubunun rəsmiləri futbolçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Hın Mın Son bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 3 qol və 3 asistlə yadda qalıb.