"Qalatasaray"ın yeni forma sponsoru müəyyənləşdi

"Qalatasaray" klubu ilə idman geyim markası PUMA arasında 5 illik əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, anlaşma çərçivəsində PUMA "sarı-qırmızılılar"ın kişi və qadın, eləcə də futbol üzrə gənclər komandalarına sponsorluq edəcək.

İmza mərasimi "Qalatasaray" Klubunun prezidenti Dursun Özbekin iştirakı ilə RAMS Parkın mətbuat konfransı zalında keçirilib.

Dursun Özbek mətbuata veridiyi açıqlamada PUMA markasının "Qalatasaray"ın futbol komandalarına dizayndan istehsala qədər dəstək verəcəyini bildirib.