"Qalatasaray"ın yeni transferi İstanbula gəlib

"Qalatasaray" mövsüm öncəsi ilk transferini açıqlamağa hazırlaşır.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Sarı-qırmızılılar"ın razılıq əldə etdiyi belçikalı hücumçu Mişi Batşuayi İstanbula gəlib.

30 yaşlı hücumçünün "Fənərbağça" ilə müqaviləsi iyunun 30-da başa çatıb.

Qeyd edək ki, Mişi Batşuayi ötən mövsüm Super Liqada 27 oyunda 12 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib.