Qaqo karyerasını bitirdi

Argentina millisinin və “Real”ın sabiq futbolçusu Fernando Qaqo karyerasını başa vurub.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bir sıra ciddi zədələr aldığı üçün belə qərar verib.

Onun son klubu isə 2019-cu ildən çxış etdiyi  “Velez Sarsfield”dir.

Qeyd edək ki, 2007-2012-ci illərdə “Real”da oynayan Qaqo karyerası ərzində “Roma”, “Valensiya”, "Boka Xuniors" kimi komandaların da formasını geyinib. Həmçinin o, 2007-2017-ci illərdə Argentina millisində çıxış edib.