Qara Qarayev "Keşlə" ilə oyuna çıxacaqmı?
Azərbaycan millisinin düşərgəsində zədələnmiş "Qarabağ"ın futbolçusu Qara Qarayev bu gündən fərdi məşqlərə başlayıb.
Sportline.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçi özünün facebook səhifəsində paylaşım edib.
O bildirib ki, ağrı olmayacağı təqdirdə, 5 - 6 gündən sonra komanda ilə hazırlığa başlayacaq.
Qeyd edək ki, Qara Qarayev zədə səbəbindən yığmanın DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarını buraxıb. "Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti oyununu aprelin 4-də səfərdə "Keşlə"yə qarşı keçirəcək.