Qara Qarayev "Lex"lə oyunu buraxa bilər

"Qarabağ"ın futbolçusu Qara Qarayev Polşa "Lex"inə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.

Sportline.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl keçirilən mətbuat konfransında bildirib.

50 yaşlı mütəxəssis yarımmüdafiəçidə narahatlığın olduğunu söyləyib: "Onun meydana çıxması sual altındadır. Bugünkü məşqdə Qara ilə bağlı məsələyə aydınlıq gələcək".

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda "Qarabağ" rəqibinə minimal hesabla uduzub - 0:1.