Qara Qarayevin durumu açıqlandı
Zədə səbəbindən millimizin heyətindən çıxarılan Qara Qarayevin durumu açıqlanıb.
Sportline.az saytına Ağdam klubundan verilən məlumata görə, yarımmüdafiəçinin sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb. Onun ən azı iki həftə meydana çıxa bilməyəcəyi bildiririlib.
Bu isə o deməkdir ki, millimizin DÇ-2022-nin seçmə mərhələsində ilk 3 oyununu buraxacaq 28 yaşlı futbolçu aprelin 4-də Premyer Liqanın 21-ci turunda “Keşlə” ilə keçiriləcək səfər matçında da iştirak edə bilməyəcək.