"Qarabağ" Antalyaya yollandı

"Qarabağ" komandasının üzvləri bu gün təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar.

Sportline.az xəbər verir ki, Antalyada məskunlaşacaq komanda hazırlıq dönəmində 6 yoxlama oyununa çıxacaq.

İlk matçını yanvarın 17-si Rusiya "Kuban"ına qarşı keçirəcək "Qarabağ” bundan 3 gün sonra Polşanın "Legiya" komandası ilə üz-üzə gələcək.

Yanvarın 25-nə iki oyun planlaşdırılıb. Son çempion öncə Makedoniyanın "Şkupi", ardınca Ukraynanın "Mariupol" klubu ilə qarşılaşacaq. Ayın 29-da Bosniya və Hersoqovina təmsilçisi "Sarayevo" ilə qüvvəsini sınayacaq Azərbaycan çempionu son oyununu fevralın 3-də Monteneqronun "Mladost" komandasına qarşı keçirəcək.