"Qarabağ" Çempionlar Liqasında ilk xalını qazandı
Bu gün UEFA Çempionlar Liqasında 3-cü tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günü Azərbaycan təmsilçisi "Qarabağ"ın çıxışı ilə yadda qalacaq. Ağdam klubunun rəqibi Madrid "Atletiko"su olacaq.
Keçirdiyi hər iki matçda məğlub olan Qurban Qurbanovun komandası, bu dəfə azarkeşlərini sevindirmək niyyətindədir. Aktivində 1 xalı olan "Atletiko"nu da yalnız qələbə qane edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.
18 oktyabr 2017
Çempionlar Liqası
"C" qrupu, 3-cü tur
"Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya) - 0:0
SARI VƏRƏQƏLƏR: Miçel, 53 ("Qarabağ"); Dino Ndlovu, 59 ("Qarabağ"); Bədavi Hüseynov, 90+2 ("Qarabağ")
QIRMIZI VƏRƏQƏ: Dino Ndlovu, 75 ("Qarabağ")
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, Tarik Elyunussi, 22. Əfran İsmayılov, 52. Yakub Jezniçak, 77. Donald Gerryer, 90. Ramil Şeydayev
"Atletiko": 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 7. Antuan Qrizmann, 8. Saul Niqes, 10.Yannik Karrasko, 14. Qabi, 16. Şime Vrsalko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24. Xose Mariya Ximenes
Ehtiyat oyunçular: 1. Migel Anxel Moyya, 5. Tomas Partey, 9. Fernando Torres, 11. Anxel Korrea, 12. Auqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Hernandes
Hakimlər: Ruddi Buke (baş hakim); Qiyom Debar, Frederik Kano (yan xətt hakimləri); Amori Delryu, Fransua Letesye (əlavə köməkçi hakimlər); Bertran Xuannu (dördüncü hakim)
Bakı Olimpiya Stadionu