"Qarabağ" - "Atletiko" matçının hakimləri bəlli oldu

UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletiko" (Madrid) görüşünün hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, matç Fransa Futbol Federasiyasından olan briqadaya həvalə edilib.

Ruddi Buke baş hakim, Qiyom Debar, Frederik Kano yan xətt hakimi, Amori Delryu və Fransua Letesye əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Bertran Xuannu olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti oktyabr 18-i, saat 20:00-da səslənəcək.