"Qarabağ" - "Atletiko" oyununa bilet satışı davam edir
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin III turunda Madrid "Atletiko”su ilə oyununa bilet satışı davam edir. Sportline.az klubun "facebook” səhifəsinə istinadən xəbər verir ki, onlayn bilet əldə etmək istəyən azarkeşlər iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində biletlərlə dəyişməlidir.
Azarkeşlər həmçinin aşağıda qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini təqdim etməklə birbaşa bilet əldə edə bilərlər.
Satış məntəqələri:
"Gənclik mall” və "28 mall”
"Park Bulvar” (Qarabağ FK-ın fan-şopu)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)
Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Atletiko” matçı saat 20:00-da başlayacaq.