Avropa Liqası: "Makkabi" "Qarabağ"ı məğlub etdi

Ölkə çempionumuz "Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, Ağdam klubu İsraildə Təl-Əviv "Makkabi"sinin qonağı olub. "Blumfild" stadionunda keçirilən qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənib.

 

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

23:00. "Makkabi" (Təl-Əviv, israil) - "Qarabağ" (Azərbaycan) 1:0

Qol: Yonatan Kohen, 10

Hakimlər: Con Biton, Frensis Konor, Daniel Makfarlan, Euan Anderson

Tel-Əviv, "Blumfild" stadionu

Qeyd edək ki, qrupun digər oyununda "Vilyarreal" "Sivasspor"u qəbul edib.