"Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ”ın U-12 komandası Gürcüstana səfər edəcək. SportLine.az klubun saytına istənadən məlumat verir ki, səfərdə məqsəd "Bendela Cup" beynəlxalq turnirinə qatılmaqdı.

Yarışın təşkilatçısı Gürcüstan Futbol Federasiyası və “Saburtalo” futbol klubudu. Dekabrın 18-dən 24-dən keçiləcək turnirdə “Qarabağ”la yanaşı, Gürcüstan və Rusiya komandaları da iştirak edəcəklər.