"Qarabağ" bu gün İstanbula yollanır

Avropa Liqasının qrup mərhələsindəki təmsilçimiz "Qarabağ" bu gün İstanbula yollanacaq.

Sportline.az xəbər verir ki, komandamız günortadan sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə doğru hərəkət edəcək.

Sabah komanda İstanbulda məşq edəcək. Axşam isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. 

Xatırladaq ki, "Qarabağ" - "Vilyareal" görüşü məlum səbəblərə görə, oktyabrın 29-da Bakı vaxtı ilə 21:55-də İstanbulun "Fatih Terim adına Başakşəhər stadionu"nda keçiriləcək.