"Qarabağ" - "Budyo Qlimnt"ə qarşı
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Qarabağ" bu gün səfərdə Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.
Sportline.az xəbər verir ki, hər iki kollektiv matça itkilərlə çıxacaq.
“Qarabağ”da əsas itkilər qapıçı Şahruddin Məhəmmədəliyev, Amin Ramazanov, Marko Veşoviç zədə, Elvin Cəfərquliyev və Julio Romao isə “Ayaks”la matçda aldığı qırmızı vərəqə səbəbindən matçı buraxmalı olacaq. “Bodo Qlimt” komandasında isə, Breydi Matiyas, Daniel Bassi, Qaute Höyberq, Kasper Vards, Samuel Burakovski və Syver Skunderq zədəli olduğu üçün matçda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, Asmira stadionunda keçirləcək matçı portuqaliya hakim Luiş Qodinyo idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.