"Qarabağ" Elyunussi ilə yolları ayırdı
"Qarabağ" Tarik Elyunussi ilə vidalaşıb. SportLine.az xəbər verir ki, bu barədə expressen.se saytı məlumat yayıb.
Xəbər görə, Norveç millisinin üzvü artıq komandanın düşərgəsini tərk edib və Dubaya yola düşüb. Futbolçu burada Yunanıstanın AİK klubunun təlim-məşq prosesinə qoşulacaq.
"Olimpiakos"la müqaviləni ləğv edən T.Elyunussinin AİK-lə yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi cari mövsümün əvvəlində Ağdam klubuna keçmişdi.