"Qarabağ" futbolçularının etiraz etdiyi penalti epizodu
Azərbaycan kubokunda 1/2 finalın cavab oyunları çərçivəsində "Sabah" doğma meydanda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.
Sportline.az xəbər verir ki, qarşılaşmanın final fitindən sonra meydanda vəziyyət gərginləşib.
Belə ki, qonaqlar matçın son dəqiqələrində Kamilo Duranın rəqib cərimə meydançasında vurduğu zərbənin “Sabah”ın futbolçusu Velko Simiçin əlinə dəydiyini iddia edərək penalti tələb ediblər. Lakin hakimin oyunu davam etdirməsi fonunda Ağdam təmsilçisinin futbolçuları hakim idarəçiliyinə kəskin etirazlarını bildiriblər.
Etirazlarda xüsusilə fərqlənən monteneqrolu legioner Marko Yankoviç hakimin qərarları ilə razılaşmayıb. Rəvan Həmzəzadə əvvəlcə ona sarı vərəqə göstərsə də, etirazlar səngimədiyi üçün birbaşa qırmızı vərəqə ilə yarımmüdafiəçini cəzalandırıb.